8 avqust 2011 11:42
AFFA rəhbərliyi uşaq evini ziyarət edib
Müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA-nın birinci vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Bakının Xəzər rayonunda yerləşən 2 saylı uşaq evində olub. Azerisport.az xəbər verir ki, Rauf Əliyev burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.
