8 avqust 2011 00:12
Con Toşak yenidən Bakıya gəlir
Con Toşak Makedoniya yığmasının baş məşqçisi təyin olunub. Azerisport.az xəbər verir ki, o, bu postda Boban Babunskini əvəzləyib.
Makedoniyalıları Bakıya məhz uelsli mütəxəssis gətirəcək. Halbuki, komandanı elə bu yaxınlarda baş məşqçi təyin olunan Babunski yığmamızla oyuna hazırlaşdırırdı.
Xatırladaq ki, Toşak vaxtilə Uels yığmasının sükanı arxasında Bakıya gəlib. Azərbaycan millisi ilə Makedoniya arasında sınaq matçı avqustun 10-da Bakıda keçiriləcək.
