8 avqust 2011 00:20
Makedoniya yığmasının heyətində ikinci itki
Makedoniya yığması Bakı səfəri öncəsi növbəti itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, avqustun 10-da Bakıda yığmamızın qonağı olacaq makedonların düşərgəsində bu dəfə Agim İbraimi sıradan çıxıb.
Sloveniya “Maribor”unun yarımmüdafiəçisi də zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, bu, rəqibimizin heyətində artıq ikinci belə itkidi. Ondan öncə Aleksandr Lazarevski oxşar problemlə üzləşmişdi.
İbraiminin yoxluğunda Makedoniya yığmasının “Neftçi”də top qovan yarımmüdafiəçisi Slavço Gerogiyevskinin oynayacağını da vurğulayaq.
