8 avqust 2011 12:18
Foqts Makedoniya ilə oyun üçün heyəti açıqladı
Məlum olduğu kimi, Azərbaycan milli komandasının Avqustun 10-da, saat 20:00-da, “Dalğa Arena”da Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts bu matçda görmək istədiyi oyunçuların siyahısını açıqlayıb.
Almaniyalı mütəxəssis gözlənildiyi kimi, bir sıra futbolçuları heyətdən uzaqlaşdırıb. Əvəzində isə Avropa Liqasında çıxışına görə bir neçə gün öncəki toplanışa çağırmadığı “Qarabağ”ın futbolçularına dəvət göndərib.
Foqtsun son toplanışa çağırıb imtina etdiyi futbolçular bunlar olub: Vladimir Levin (İnter), Saşa Yunisoğlu (Qəbələ), Usim Nduka (AZAL), Ruslan Əmircanov (Neftçi), Əziz Quliyev (Bakı), Amit Quluzadə (Erciyesspor, Türkiyə), Elşən Məmmədov (AZAL), Elnur Abdullayev (Xəzər Lənkəran). Bunda əlavə o, Rusiyanın "Volqa" klubuna keçən Vaqif Cavadova da ehtiyac duymayıb.
Əvəzində “Qarabağ”dan Rəşad Sadıqov, Əfran İsmayılov və Rauf Əliyev əsas milli komandanın düşərgəsinə qoşulub.
Bütövlükdə, yığmaya dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Sumqayıt Şəhər);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budaq (Freiburg, Almaniya);
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Fabio Luis Ramim, Elvin Məmmədov (hər ikisi “Bakı”), Cavid Hüseynov (Neftçi), Arif İsayev, Aleksandr Çertoqanov (hər ikisi “Qəbələ”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Əfran İsmayılov (Qarabağ);
Hücumçular: Murad Hüseynov (Qəbələ), Rauf Əliyev (Qarabağ).
