8 avqust 2011 00:30
Premeyr Liqa: birinci tur rəqəmlərdə
Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turunda komandalar 5 oyuna 12 qol vurublar. Azerisport.az xəbər verir ki, bu, orta hesabla 2,4 qol deməkdi.
Qonaqlar da, meydan sahibləri də eyni sayda – 6 dəfə fərqləniblər.
Bütövlükdə 21 vərəqə göstərilib ki, bunlardan 19-u sarı, 2-si qırmızı olub.
Oyunlara 20 700 tamaşaçı təşrif buyurub. Bu isə hər oyuna orta hesabla 4 140 nəfər azarkeş deməkdi.
İlk turda iki dubl, bir əzmkar qələbə qeydə alınıb.
