8 avqust 2011 12:34
Millinin Makedoniya ilə oyunu belaruslu hakimlərə tapşırıldı
Azərbaycan – Makedoniya yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşmanı belaruslu hakimlər briqadası idarə edəcəklər.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu avqustun 10-da, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək. Hakimlər briqdası isə aşağıdakılardan ibarətdi:
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Baş hakimin köməkçiləri: Andrey Hetsikau, Vitali Malyutsin (hər ikisi - Belarus)
Dördüncü hakim: Rəhim Həsənov (Azərbaycan)
