9 avqust 2011 13:15
Elvin Məmmədov: Makedoniyanı yenəcəyimizə inanıram
Azərbaycan yığmasının yarımmüdafiəçisi Elvin Məmmədov Makedoniya ilə yoldaşlıq oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, sabahkı qarşılaşmada uğur qazanacaqlarına inandığını vurğulayıb:
“Mən inanıram ki, sabahkı oyunda biz makedoniyalıları məğlub edə bilərik. Çünki evdə oynayırıq və bundan yararlanmaq lazımdı. Qələbə bizə çox kömək edə bilər. Özünəinamımızı qaytara bilərik”.
“Mən inanıram ki, sabahkı oyunda biz makedoniyalıları məğlub edə bilərik. Çünki evdə oynayırıq və bundan yararlanmaq lazımdı. Qələbə bizə çox kömək edə bilər. Özünəinamımızı qaytara bilərik”.
