9 avqust 2011 13:36

Berti Foqts: Bu, millinin əsas problemli nöqtəsidi

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabahkı Makedoniya ilə yoldaşlıq oyunu öncəsi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, millimizin almaniyalı çalışdırıcısı öncə bunları dilə gətirib:

- Biz hazırlıqlara ötən həftədən başlamışıq. Çünki bizə futbolçuların hansı vəziyyətdə olmasını bilmək vacib idi. İstənilən halda indi mövsümün əvvəlidi. Bizə isə hazırlıqlı olmaq lazımdı. Xüsusilə də, fiziki cəhətdən. Mən “Neftçi” və “Xəzər Lənkəran”ın avrokuboklardakı ev oyunlarına baxdım. Təəssüf ki, onlar mərhələ keçə bilmədilər. Əgər onlar mübarizəni davam etdirsəydilər, bu, çox yaxşı olardı. Bununla yanaşı Azərbaycan çempionatının da bəzi oyunlarına baxa bildim. Təəssüflə qeyd etməliyəm ki, sürət görmədim. Əksər komandalar müdafiə futbolu oynayırlar. Makedoniya ilə qarşıdakı oyuna gəlincə, mən belə komandayla qarşılaşacağımıza şadam. Bu, AÇ-nin seçmə oyunları öncəsi çox vacib görüşdü.
 
- Vaqif Cavadova niyə dəvət göndərməmisiz?
- Çağırılmayan yalnız Cavadov deyil. Bir neçə başqa futbolçu da var ki, bu dəfəki çağırışdan kənar qalıblar. Əgər sizi konkret Cavadov maraqlandırırsa, mənə elə gəlir ki, ona yeni komandasına uyğunlaşmaq üçün vaxt vermək lazımdı. Həm də mən yeni futbolçuları da sınamaq istəyirəm. Məsələn, mən Elvin Məmmədovun zədədən sonra hansı vəziyyətdə olduğunu bilmək istərdim. Ufuk Budaqı iş başında görməliyəm. Sol cinah müdafiəçisi mövqeyi komandamızın əsas problemli nöqtəsidi. Ufuk isə Moldova ilə oyunda heç də pis təsir bağışlamamışdı.
 
- Makedoniya yığmasını necə qiymətləndirərdiz?
- Güclü komandadı. Aqressiv futbol sərgiləyir. Bunu biz hələ ötən ildən bilirik. Biz o vaxt Avstriya toplanışında bu komandaya qarşı oynamış, uduzmuşduq – 1:3.
 
- Fabio Luis Ramimi yenidən komandaya qaytarmağınızın səbəbini bilmək istərdik..
- O, yaxşı oyunçudu. Amma zədədən sonra formasını bir qədər itirib.

- Maksim Medvedevə istirahət vermisiz?
- Mən onun oyununu Avropa Liqasının oyunlarında gördüm. Lakin durumu mənim heç də xoşuma gəlmədi. Ötən il o, daha yaxşı vəziyyətdə idi. Bu haqda artıq onun özünə də demişəm.
 
- Mahir Şükürov oynayacaq?
- Mənim ayrı-ayrı futbolçulara simpatiyam yoxdu. Kim yaxşı vəziyyətdədirsə, o da oynayacaq.
 
- Pleymeyker mövqeyində kimi görürsüz?
- Futbolda təmiz pleymeyker yoxdu. Amma mən bu mövqeyə daha çox Fabio və Elvini uyğun hesab edirəm.
 
- Makedoniya ilə bu dəfəki oyundan nə gözləyirsiz?
- Ötən oyunda biz çox pis oynamışdıq. Elə hiss olunurdu ki, bizim komanda gənclərdən ibarət yığmadı və peşəkarlara qarşı oynayır. Bu dəfə belə şey görmək istəmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.