9 avqust 2011 13:51
AZAL Latviya yığmasının üzvündən imtina etdi
AZAL daha bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Ritus Krjauklislə vidalaşıb.
Latviyalı futbolçu AZAL-ın Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsinə daxil edilməyib. Bu isə Latviya yığmasının üzvünün AZAL-dan getdiyini deməyə əsas verir.
Qeyd edək ki, 25 yaşlı Ritus Krjauklis ötən il AZAL-a Latviyanın "Ventspils" klubundan gəlmişdi. Krjauklis 2009-cu ildən sonra 8 dəfə Latviya yığmasına dəvət alıb. Hansı ki, bu ölkənin yığmasına “Bakı”nın baş məşqçisi Aleksandr Starkov rəhbərlik edir.
