9 avqust 2011 14:12
Topaz: Azərbaycan Makedoniyanı məğlub edəcək
Topaz bukmeker kontoru futbol üzrə Azərbaycan yığma komandasının Makedoniya ilə oyununa pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz komandamızın şanslarını yaxşı dəyərləndirir.
Belə ki, bukmeker kontoru sözügedən qarşılaşmanın favoriti hesab olunur. Berti Foqtsun yetirmələrinin qələbə şansını 2,10 əmsalı ilə dəyərləndirən Topaz qonaq komandanın oxşar şanslarının 3,80 olduğu qənaətindədi. Görüşdə heç-heçə şansı isə 3,10 əmsalı ilə ölçülür.
Qeyd edək ki, Azərbaycan – Makedoniya görüşü sabah Bakıda, Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək və 20:00-da başlayacaq.
