9 avqust 2011 15:00
Xəzər Lənkəranda yeni baş məşqçi (FOTO)
“Xəzər Lənkəran” klubu əvəzedicilərdən ibarət komandanın baş məşqçisini dəyişib. Azerisport.az xəbər verir ki, Samir Ələkbərov tutduğu postdan gedib.
Onun əvəzində komandaya türkiyəli mütəxəssis Ercan Kılıç təyin olunub. Ələkbərova isə yeni baş məşqçiyə yardımçı olmaq təklif olunub. Lakin hələlik onun bu təklifə cavabının necə olacağı dəqiq bilinmir.
Qeyd edək ki, Ercan Kılıç vaxtilə "Bakı"da da çalışıb. O, "Xəzər Lənkəran"da idman direktoru işləyən "Bakı"nın sabiq baş məşqçisi Cüneyt Biçərlə birgə çalışırdı və cənub klubuna da məhz onun məsləhəti ilə gətirilib.
