9 avqust 2011 15:21
İngiltərə - Hollandiya matçı ləğv olundu
İngiltərə və Hollandiya yığmaları arasında avqustun 10-da keçirilməsi nəzərdə tutulan yoxlama matçı təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna İngiltərə paytaxtında çıxan olaylar səbəb olub.
Bu haqda İngiltərə Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Məlumatda deyilir: “Uembli stadionunda Hollandiya ilə avqustun 10-da keçiriləcək beynəlxalq yoldaşlıq oyunu ləğv olunub”.
Qeyd edək ki, ötən günlərin birində Londonda polisin bir vətəndaşı güllələməsinin ardından İngiltərə paytaxtında mitinqlər başlayıb. Paytaxtla yanaşı digər şəhərlərdə də müxtəlif olaylar yaşanmaqdadı.
