9 avqust 2011 15:33
AFFA mövsümün ilk cəzalarını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın birinci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 1-ci turunun “Xəzər Lənkəran” – “Sumqayıt Şəhər” matçının 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Kəpəz” – “Rəvan” matçının 59-cu və 78-ci dəqiqələrində “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – AZAL matçının 40-cı dəqiqəsində AZAL-ın futbolçusu Viktor İbekoyi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Simurq”un futbolçusu Aleksandr Şemonayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
