9 avqust 2011 15:46
Neftçi və Simurq cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin yeni mövsümdəki ilk iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin birinci turunda baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 1-ci turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Simurq” – AZAL matçının 24-cü dəqiqəsində “Simurq”un futbolçusu Nəsib Əliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 40-cı dəqiqəsində “Simurq”un futbolçusu Bəxtiyar Gözəlov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
