9 avqust 2011 16:02
Bakı Xalidu Sissokonu itirdi
“Bakı”nın qapıçısı Xalidu Sissoko zədələnib. Azerisport.az xəbər verir ki, o, son məşqlərin birində əlini zədələyib.
Bu üzdən seneqallı futbolçunun bir müddət yaşıl meydanlardan kənar qalacağı bildirilir. Bu müddətin ən azı 3 həftəni əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, Sissoko artıq “Bakı”da əsas qapıçı funksiyasını daşımır. “Zolaqlılar”ın əsas çərçivə qoruyucusu Marko Şarliya hesab olunur.
