9 avqust 2011 16:18
AFFA rəhbərliyi Valeri Hacıyevi təbrik edib
Bu gün Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, SSRİ çempionatları dövründə uzun illər “Neftçi”nin heyətində çıxış etmiş Valeri Hacıyevin 70 yaşı tamam olur. Azerisport.az xəbər verir ki, əlamətdar yubiley münasibətilə bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Valeri Hacıyevlə görüşüb, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından veteran futbolçunu təbrik edib, ona cansağlığı, uzun ömür arzulayıb.
Valeri Hacıyev göstərilən diqqət və qayğıya görə AFFA-ya minnətdarlığını bildirib.
