9 avqust 2011 16:27
Millimiz Avstriyanı mərkəzi arenada qəbul edə bilməyəcək
Tofiq Bəhramov adına Respublika stadionunda yenidənqurma işlərinə start verilib. Azerisport.az xəbər verir ki, arenanın oturacaqları dəyişdiriləcək, dam örtüyü quraşdırılacaq, konfrans zalında, paltardəyişmə otaqlarında dəyişikliklər ediləcək.
Bundan əlavə mərkəzi arenanın həyətində otel inşa olunması planlaşdırılır. Qeyd edək ki, təmir işlərinə artıq start verilsə də, yığmamız AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçikanı məhz bu arenada qəbul edəcək.
Lakin AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrda keçirilməli olan Avstriya ilə ev oyunu mərkəzi arenada keçirilməyəcək. “Neftçi” və “Bakı”ya isə ev oyunlarını burda keçirməyə imkan veriləcək.
