9 avqust 2011 16:46
İnter Qarabağla oyunun hazırlıqlarına başladı (FOTOLAR)
Ötən bazar günü “Turan”la keçirdiyi oyundan sonra “İnter” bu gün bərpa məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze dünən yetirmələrinə istirahət verib. Bu gün isə komanda “Qarabağ”la oyunun hazırlıqlarına başlayıb. Səhər “İnter” “Şəfa” stadionunda məşq edib, axşam məşqini isə Suraxanı qəsəbə stadionunda keçirəcək. Qeyd edək ki, əsas komandayla məşq prosesinə əvəzedici heyətdən 3 futbolçu cəlb edilib. Əlavə edək ki, zədəli Samir Zərgərov da fərdi proqram üzrə məşqlərə başlayıb.
