9 avqust 2011 16:51
Uinston Parks: Bakıya ürəyimlə bağlıyam
“Bakı”nın kosta-rikalı hücumçusu Uinston Parks “Bakı”da keçirdiyi ilk rəsmi oyun, uyğunlaşma dövrü, “Simurq”la ilk ev oyunu və komandasının azarkeşləri barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“İlk oyunda səhvlərimiz oldu. Bu səhvlərin üzərində işləyib, gələcək oyunlarda qələbə qazanmaq üçün çalışırıq. Əminəm ki, zaman keçdikcə daha güclü “Bakı” görəcəyik.“Bakı”da uyğunlaşma dövrünün sona çatdığını düşünürəm. Komandamızın hər bir üzvündə qələbə ruhu olmalıdı və hər kəs top uğrunda sonadək mübarizə aparmalıdı. Bundan əlavə, iki hücumçu ilə oynamaq bizim üçün bir qədər çətinlik yaradır. "Simurq"la oyunda mütləq qələbə qazanmalıyıq. Bunun üçün meydana çıxıb, əlimizdən gələni edəcəyik. Rəqibdən çəkinməmək lazımdı. İnanıram ki, ilk ev oyumuzda hər mövqedə yaxşı oynayıb, qələbə qazanacağıq. Qol buraxsaq belə, bu futboldu, ruhdan düşməyib, mübarizə aparmalıyıq.
Zənninmcə, komandamızda yaxşı futbolçular var və və onlar nəyə qadir olduqlarını göstərəcəklər. Şəxsən mənə gəldikdə isə, həmişə iddialı klublarda forma geymişəm. “Bakı” da istisna deyil. Meydana yalnız qələbə üçün çıxıram. Formasını geydiyim kluba ürəyimlə bağlıyam. “Bakı” azarkeşlərinə demək istərdim ki, səbrli olsunlar, öz oyunumla onların da sevgisini qazanacağam”.
