9 avqust 2011 17:11
Makedoniya yığması bu gün Bakıda açıq məşqə çıxacaq
Milli komandamızla beynəlxalq yoldaşlıq oyununda qarşılaşacaq Makedoniya yığmasının bu gün növbəti məşqi olacaq. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda saat 20:00-da başlanacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu sabah AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.
