9 avqust 2011 19:34
AZAL iki argentinalı futbolçu aldı
AZAL iki futbolçu ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, Bakı klubunun hər iki tranmferi argentinalıdı.
Belə ki, “təyyarəçilər” Lukas Malakarne və Kristian Ruislə müqavilə bağlayıb. Bununla bağlı yaxın günlərdə klub rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi Lukas Damian Malakarne “River Plate”in yetirməsidi. O, 2007-ci ildə bu komandanın əsas heyətinə cəlb olunsa da, rəsmi oyunlarda debüt etməyib. 2008-ci ildə ABŞ-ın “Dallas” (4 oyun), 2009-cu ildə Argentinanın CAİ klubuna icarəyə verilib (17 oyun, 1 qol). Lukas 2009-2011-ci illərdə icarə əsasında Albaniyanın “Dinamo” (Tirana) klubunda çıxış edib. Bu müddətdə 42 oyun keçirib və 6 qol vurub.
29 yaşlı Kristian Makiel Ruis isə son üç ildə Boliviya çempionatında çıxış edib. 2009-2010-cu illərdə “Real Potosi” klubunda 50 oyun keçirib 29 qola imza atan argentinalı forvard bu il “The Stronqest”da forma geyinib. Bu klubda meydana çıxdığı 18 oyunda 8 dəfə fərqlənən Ruis 4 dəfə sarı vərəqə alıb.
