10 avqust 2011 00:05

Foqtslu yığmanın 2011-ci il sindromuna son qoymaq şansı

Bu gün Azərbaycan yığması növbəti sınaq matçına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Makedoniyanı qəbul edəcək.
 
Qeyd edək ki, Makedoniya yığması AÇ-2012-nin seçmə mərhələsində B qrupunda yer alır. İrlandiya, Rusiya, Slovakiya, Ermənistan və Andorra ilə eyni qrupda yer alan bu komanda keçirdiyi 6 oyundan yalnız 1-də qələbə qazanıb, 1-də isə heç-heçə edib və qalan görüşlərində meydandan məğlubiyyətlə ayrılıb. Millimizin rəqibi 6 komanda arasında 4 xalla yalnız Andorranı qabaqlayır. Makedonlar yığmamızla görüşə sentyabrın 2-də keçiriləcək Rusiya ilə səfər, ayın 6-da baş tutacaq Andorra ilə ev matçına hazırlıq gözüylə baxır.
 
Elə Azərbaycan yığması üçün də Makedoniya ilə qarşılaşma məhz qarşıdan gələn seçmə oyunlar öncəsi son sınaqdı. Axı yığmamız da sentyabrın 2-də və 6-da müvafiq olaraq Belçika və Qazaxıstan yığmalarını qəbul edəcək. Deməli, qarşı tərəf kimi, Berti Foqts da bu oyunda məhz qarşıdakı məsul görüşlər üçün əsas heyəti müəyyənləşdirmək gözü ilə baxmalı olacaq.
 
Qeyd edək ki, Makedoniya ilə Berti Foqtslu yığmamızın yolu elə ötən il kəsişmişdi. O vaxt komandamız Avstriya toplanışında bu ölkənin millisinə 1:3 hesabıyla məğlub olmuşdu. Bütövlükdə isə, Azərbaycan Makedoniya ilə tarixində 5-ci dəfə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk qarşılaşma 2000-ci ilin iyul ayına təsadüf edib ki, həmin vaxt Varnada baş tutan görüşdə Makedoniya millimizi 2:1 hesabı ilə məğlub etmişdi.
 
Qalan iki görüşümüz isə DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində baş tutub. Öncə elə 2000-ci ilin 6 oktyabr tarixində Skopyedə baş tutan görüşdə Makedoniya Azərbaycan yığmasını darmadağın etmişdi - 3:0. Lakin bir il sonra – 2001-ci il sentyabrın 5-də Bakıda keçirilən cavab görüşündə yığmamız ilk dəfə Makedoniyaya uduzmamışdı - 1:1.
 
Göründüyü kimi, indiyə qədər keçirilən qarşılaşmalarda yığmamız heç vaxt qələbə qazana bilməyib. 3 görüşdə məğlubiyyətlə barışmalı olan futbolçularımız sadəcə bir dəfə heç-heçə ilə təsəlli tapmalı olub. Topların fərqində də makedoniyalılar üstündürlər – 9-3.
 
Qeyd edək ki, Azərbaycan millisi 2011-ci ildə 5-ci matçına çıxacaq. Bunlardan üçü seçmə mərhələ oyunları olub ki, komandamız Belçikaya 1:4, Qazaxıstana 1:2, Almaniyaya 1:3 hesabıyla uduzub. Macarıstanla yoldaşlıq görüşündə isə 0:2 hesablı yenilgiyə üzülmüşdük. Komandamız bu il daha bir sınaq matçını Ukraynanın “Metallurg” (Xarkov) klubuna qarşı keçirmişdi ki, həmin görüşdə də uduzmuşduq – 0:1. Bir sözlə, yığmamız 2011-ci ildə ancaq məğlubiyyətlərə məhkumdu və heç-heçəyə də nail ola bilmir.
 
Makedoniya ilə qarşılaşma bu mənada dönüş nöqtəsi olmalıdı. Ən azı görə ki, qarşılaşma doğma publika qarşısına keçiriləcək. Düzdü, bu ilki görüşlərdən biri məhz Bakıda olub. Lakin həmin oyunda rəqib Almaniya yığması olduğundan hansısa sensasiya şansımız da yox idi.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 176-cı matçına çıxacaq. İndiyəqədərki oyunların 28-də qələbə qazanmışıqsa, 43-də də heç-heçə ilə təsəlli tapmışıq.104 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 116 qol vurduğumuz halda, öz qapımızdan 319 top çıxarmışıq.
 
Makedoniya ilə oyun üçün yığmaya dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Sumqayıt Şəhər);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vurğun Hüseynov, Mahir Şükürov (hər ikisi “Qəbələ”), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budaq (Freiburg, Almaniya);
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Fabio Luis Ramim, Elvin Məmmədov (hər ikisi “Bakı”), Cavid Hüseynov (Neftçi), Arif İsayev, Aleksandr Çertoqanov (hər ikisi “Qəbələ”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Əfran İsmayılov (Qarabağ);
Hücumçular: Murad Hüseynov (Qəbələ), Rauf Əliyev (Qarabağ).
 
Yoldaşlıq oyunu
10 avqust
 
20:00. Azərbaycan – Makedoniya
Hakimlər: Aleksey Kulbakov, Andrey Hetsikau, Vitali Malyutsin (hamısı Belarus), Rəhim Həsənov (Azərbaycan).
Bakı. “Dalğa Arena” stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.