10 avqust 2011 21:51
Millimizin 2011-ci il sindromu davam edir (YENİLƏNİB)
Bu gün Azərbaycan yığması növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Makedoniyanı qəbul edib.
Qeyd edək ki, Makedoniya yığması AÇ-2012-nin seçmə mərhələsində B qrupunda yer alır. Millimizin rəqibi 6 komanda arasında 4 xalla yalnız sonuncudan əvvəlki pillədə qərarlaşıb. Makedoniyalılar yığmamızla görüşə sentyabrın 2-də keçiriləcək Rusiya ilə səfər, ayın 6-da baş tutacaq Andorra ilə ev matçına hazırlıq gözüylə baxırdı. Elə Azərbaycan yığması üçün də Makedoniya ilə qarşılaşma məhz qarşıdan gələn seçmə oyunlar öncəsi son sınaq idi. Axı yığmamız da sentyabrın 2-də və 6-da müvafiq olaraq Belçika və Qazaxıstan yığmalarını qəbul edəcək.
Lakin təəssüf ki, yığmamızın üzvləri həmin oyunlar ərəfəsində qənaətbəxş nəticə qazana bilmədilər. 2011-ci ildə keçirdiyi bütün oyunlarda məğlub olan Berti Foqtsun komandası yenə eyni aqibəti yaşadı.
Yoldaşlıq oyunu
10 avqust
AZƏRBAYCAN – MAKEDONİYA - 0:1 (0:0)
Qol: Q.Pandev, 58 (0:1).
Hakimlər: Aleksey Kulbakov, Andrey Hetsikau, Vitali Malyutsin (hamısı Belarus), Rəhim Həsənov (Azərbaycan).
Bakı. “Dalğa Arena” stadionu.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 20. Fabio Luis Ramim, 4. Mahir Şükürov, 22. Əfran İsmayılov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev.
Baş məşqçi: Berti Foqts.
Ehtiyat oyunçular: 15. Aqil Məmmədov, 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 9. Murad Hüseynov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 24. Arif İsayev, 25. Ufuk Budaq.
MAKEDONİYA: 1. Tome Paçovski, 2. Stefan Ristovski, 3. Qoran Popov, 4. Vançe Şikov, 5. Daniel Moysov, 11. Ferhan Hasani, 9. Muhammed Demiri, 8. Veliçe Şumulikoski, 7. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. İvan Triçkovski.
Ehtiyat oyunçular: 1. Martin Boqatinov, 6. Slavço Georgiyevski, 14. Stefan Spirovski, 15. Vladimir Dimitrovski, 17. Vlatko Qrozdanovski, 18. Samir Fəzli.
Baş məşqçi: Boban Babunski.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. Komandamız ilk dəqiqələrdən hücuma atılıb. Mahirin sağ cinahdan asmasına Rauf toxunsa da, dəqiq olmur
5. Rahid cərimə meydançasına daxil olub zərbə endirsə də, qapıçı komandasını qoldan xilas edir
10. Millimiz ərazi üstünlüyünə malik olsa da, qola sevinə bilmir
12. Ramimin qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə də olsa, qaytara bilir. Təkrar zərbə vuran olmur
13. Komandamızın daha bir hücum imkanı. Elvinin zərbə vurmasına müdafiəçilər imkan vermirlər
16. Traykovskinin fərqlənməsinə Kamran vaxtında önə çıxmaqla mane olur
17. Komandamızın sol cinahdan əla hücumunu Çertoqanov qapıya zərbə ilə tamamlasa da, top azacıq fərqlə çölə çıxır
20. Əfran sağ cinahdan əla keçid edib, qapı qarşısına ötürmə etsə də, zərbə vuran tapılmır
21. Əfran mərkəzdə topu rəqibdən oğurlayıb cərimə meydançasına daxil olmağa çalışsa da, rəqib müdafiəçi onu kobudluqla dayandırır
21. Şikov bu hərəkətinə görə sarı vərəqə alır
22. Cərimə zərbəsini Mahir yerinə yetirir. Amma qeyri-dəqiqdi
24. Elvin Məmmədov zədələnir və onun oyuna davam edə bilməyəcəyi xəbər verilir
28. Elvini Arif İsayev əvəzləyir
30. İlk yarım saatı millimizin aktivinə yazmaq olar
31. Rəqibin zərbəsi zamanı top Əfranın sifətini tapır və onun tibbi yardıma ehtiyacı var. Hər şey qaydasındadı
34. Sağ cinahla qurulan hücumlarımız daha təhlükəlidi
35. Ardıcıl iki künc zərbəsindən yararlana bilmirik
38. Şumulikoski idmançıya yaraşmayan hərəkətə görə sarı vərəqə alır
42. Pandev Vurğunun sifətinə zərbə endirdiyinə görə sarı vərəqə alır
45. İlk yarıya iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Triçkovskinin əvəzində meydana Samir Fəzli çıxır
48. Hasani qapıya uzaqdan zərbə endirsə də, Kamran topu tutur
52. Komandamızın əla hücumu bəhrəsiz qalır
57. Traykovskinin əvəzində meydana Qrozdanovski daxil olur
58. Adi vəziyyətdə qol buraxırıq. Autdan atılan topu qəbul edən Pandev Kamranın qoruduğu qapını dəqiq nişan alır - 0:1
62. Hasani zədələnib və həkimlər ona tibbi yardım göstərdiyindən oyunda fasilə yaranıb
63. Çertoqanovun uzaqdan zərbəsi çox təhlükəli alınsa da, rəqib qapıçı qola imkan vermir
64. Əfranın əvəzində meydana Ufuk Budaq daxil olur
66. Şumulikovskini Spirovski əvəzləyir
67. Millimizdə isə Raufun əvəzində meydana Murad Hüseynov çıxır
72. Ufuk sol cinahdan əla keçid edib qapı qarşısına ideal ötürmə etsə də, heç bir futbolçumuz topa toxuna bilmir
75. Ramim zədələndiyindən oyuna davam edə bilmir və onu Cavid Hüseynov əvəzləyir
77. Muhammed Demiri yerini Slavço Georgiyevskiyə verir
82. Qonaqların növbəti qol vurmaq imkanı olsa da, dəyərləndirə bilmirlər
85. Hasani zədələnərək meydanı tərk edir və onu Dimitrovski əvəzləyir
89. Vurğun Hüseynov kobud oynayır və özü də zədələnir. Amma hakim onu sarı vərəqə ilə cəzalandırır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Futbolçularımız mənasız yerə rəqib futbolçularla dalaşmağa cəhd göstərirlər
90+3. Mahir Şükürov ən fəallardan biri kimi sarı vərəqə alır
90+4. Komandamızın çox təhükəli qol vəziyyəti də xoş sonluqla bitmir
Amma məhz bu anda matç bitir.
