10 avqust 2011 00:01

“Bunun qarşılığını qələbələrlə vermək istəyirik”

"Bakı”nın müdafiəçisi Elvin Məmmədov Premyer Liqanın ilk turunun “Qəbələ” ilə oyunu, eləcə də komandasının çıxışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:

“Qəbələ” ilə keçirdiyimiz ilk oyun zamanı həm komandamızın çıxışından, həm də öz oyunumdan razı qaldım. Rəqibə gəldikdə, ilk qarşılaşmada tam fərqli “Qəbələ” gördük. Əvvəlkindən güclü, fərqi futbol oynayan və çox güclü heyətə malik bir komanda ilə qarşılaşdıq. Gərgin keçən oyunda qazanılan bir xalı qənaətbəxş hesab edirəm. Qələbə qazanmaq istəyirdik, bir xalla kifayətləndik. Qarşıdakı oyunda daha yaxşı oynayıb, üç xalı qazanmalıyıq.  Hamı bilir ki, Azərbaycan çempionatında komandalar mübarizliyi ilə seçilir. Premyer Liqada zəif və güclü klub anlayışı yoxdu. İnanıram ki, “Bakı” ilk qələbəsini “Simurq”un üzərində qazanacaq və bundan sonra bu qələbələr seriyasını davam etdirəcək. “Bakı” azarkeşlərinə isə demək istərdim ki, yaxşı və çətin gündə komanda ilə birgə olub, komandamızı dəstəkləsinlər. Bunun qarşılığını qələbələrlə vermək istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.