9 avqust 2011 11:18

“Azərbaycan futbolu haqqında məlumatlı olduğunu hesab edirəm”

Premyer Liqanın yeni mövsümünə iddialı hazırlaşan Bakının "İnter" klubu mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb edir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun son transferlərindən biri Avstriyanın “Mattersburg” klubunun müdafiəçisi slovakiyalı Peter Çrappan oldu. 26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır. 2006-2009-cu illərdə Avstriyanın “Ştadlau”, 2009-2011-ci illərdə isə “Mattersburg” klublarının formasını geyinib. Karyerasının yüksəliş dönəmi “Mattersburg”un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub, 18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.
 
- “İnter”lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları, futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hər hansı məlumatın var idimi?
- Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan futbolu haqqında kifayət qədər məlumatlı olduğunu hesab edirəm. Mənim Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla danışanda da Azərbaycan futbolundan söhbət edirdik.
 
- Avstriyada məşhur klubların şərəfini qorumusan. “İnter” isə sənin üçün yeni, fərqli klubdu...
- “İnter” mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox böyük irəliləyiş əldə edə biliblər. “İnter” peşəkar klubdu. Mən bu komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam. “İnter”in çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına qoyduğu məqsədlərə çatacaq.
 
- “İnter”də qarşınızda duran ilk məqsəd nədi?
- İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki, klubumla birlikdə uğurlu bir müvsüm keçirəcəyik.
 
- “İnter”lə bir illik müqavilə bağlamısan. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü?
- Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdı. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha “İnter”in şərəfini qoruyaram.
 
- “İnter”in çempionluq şanslarını necə dəyərləndirirsən?
- “İnter” çempionluğa oynayan komandadı. Bildiyimə görə, bundan öncəki mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
 
- “İnter”in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdin?
- Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar qazanacaq. “İner”in fanatlarına isə demək istərdim ki, həmişə komandalarını dəstəkləsinlər. (PFL-in rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.