9 avqust 2011 11:33
Rikardo Qomeş: Lənkəranda həmişə çempion olmaq istəyirlər
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rikardo Vilana Qomeş azerisport.az saytına müsahibəsində yeni komandasındakı çıxışından, eləcə də “Sumqayıt Şəhər”lə debüt matçından danışıb.
- Premyer Liqadakı ilk oyununuz haqda nə deyərdiniz?
- Çətin matç alındı. Mövsümün birinci qarşılaşmaları həmişə belə çətin olur. Rəqibimiz bacardığı qədər çalışdı. Amma biz qələbəyə layiq idik. İlk turdaca xal itkisi ilə üzləşmək istəmirdik.
- Çətin matç alındı. Mövsümün birinci qarşılaşmaları həmişə belə çətin olur. Rəqibimiz bacardığı qədər çalışdı. Amma biz qələbəyə layiq idik. İlk turdaca xal itkisi ilə üzləşmək istəmirdik.
- “Sumqayıt Şəhər” necə təəssürat yaratdı?
- Əla komandadı. Baxın görün heyətlərində nə qədər gənc futbolçuları var. Onların hər biri maksimum güclə oynayırdı. Xarakter nümayiş etdirdilər. Bu tempdə davam etsələr, onlar hələ sözlərini deyəcəklər. “Debütant” sözü isə onlara heç uyğun gəlmir. Bu söz rəqibin zəifliyinə də işarə ola bilməz.
- “Xəzər Lənkəran”a gələnə kimi Azərbaycan futbolu haqda nə bilirdiz?
- “Xəzər Lənkəran”dan dəvət alan kimi, ilk növbədə burda oynamış və çıxış edən dostlarımla əlaqə saxladım. Onlar mənə razılaşmağı məsləhət gördülər.
- Bu dostlarınızdan sizinlə birgə oynayanlar da var?
- Bəli, bu, Katalin Domandı. “Xəzər Lənkəran”da vaxtilə oynamış Adrian İordaşe də eyni məsləhəti verdi.
- “Xəzər Lənkəran” ətrafındakı olaylar komandanın məqsədlərinə təsir göstərməyib?
- Mən bura gələndən bilirəm ki, Lənkəranda həmişə çempion olmaq istəyirlər. Başqa məqsəd yoxdu. Biz sona kimi ən yüksək yerlərə oynayacağıq.
