9 avqust 2011 12:00
Neftçi yeni mövsümə 28 futbolçu sifariş etdi
"Neftçi" 2011/12 mövsümü üçün sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu 28 futbolçu sifariş edib.
28 nəfərlik şeyətə 9 əcnəbinin adı salınıb ki, bu da komandanın 32 faizi deməkdi. Ötən mövsüm də adı sifariş ərizəsində olan Cavid İmamverdiyev, Tərlan Quliyev, Mirhüseyn Seyidov kimi gənclərlə yanaşı, Kərim Diniyev, Eltun Yaqublu, Elvin Musazadə, Emin Mehdiyev, Ağabala Ramazanov, İlham Allahverdiyev və Elvin Yunuszadənin adı da ərizəyə salınıb.
Əvəzində müqaviləsi pozulan litvalı qapıçı Paulius Qribauskas, Əlcəzair əsilli Fransa vətəndaşı Yasin Hima, əvəzedici komandaya məşqçi təyin olunan Vitali Kovalyov, "Everton"un düşərgəsinə yollanan Araz Abdullayev və "Erciyəsspor"a keçən Amit Quluzadə sifariş edilməyib.
| № | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № |
| 1 | Rauf Mehdiyev | 17.10.1976 | qapıçı | Azərbaycan | 1 |
| 2 | Elçin Sadıqov | 14.06.1989 | qapıçı | Azərbaycan | 12 |
| 3 | Saşa Stamenkoviç | 05.01.1985 | qapıçı | Serbiya | 30 |
| 4 | Rail Məlikov | 18.12.1985 | müdafiəçi | Azərbaycan | 2 |
| 5 | Denis Silva | 28.12.1985 | müdafiəçi | Braziliya | 3 |
| 6 | İqor Mitreski | 19.02.1979 | müdafiəçi | Makedoniya | 5 |
| 7 | Ruslan Abışov | 10.10.1987 | müdafiəçi | Azərbaycan | 15 |
| 8 | Alessandro | 10.08.1982 | müdafiəçi | Braziliya | 16 |
| 9 | Ruslan Əmircanov | 01.02.1985 | müdafiəçi | Azərbaycan | 18 |
| 10 | Tərlan Quliyev | 19.04.1992 | müdafiəçi | Azərbaycan | 4 |
| 11 | Kərim Diniyev | 05.09.1993 | müdafiəçi | Azərbaycan | 26 |
| 12 | Eltun Yaqublu | 19.08.1991 | müdafiəçi | Azərbaycan | 23 |
| 13 | Slavço Georgiyevski | 30.03.1980 | yarımmüdafiəçi | Makedoniya | 6 |
| 14 | Flavio Aleks Valensio | 27.07.1983 | yarımmüdafiəçi | Braziliya | 9 |
| 15 | Cavid Hüseynov | 09.03.1988 | yarımmüdafiəçi | Azərbaycan | 11 |
| 16 | Mirhüseyn Seyidov | 10.08.1992 | yarımmüdafiəçi | Azərbaycan | 19 |
| 17 | Rodriqo Sezar Kabral | 05.02.1982 | yarımmüdafiəçi | Braziliya | 7 |
| 18 | Cavid İmamverdiyev | 08.01.1990 | yarımmüdafiəçi | Azərbaycan | 25 |
| 19 | Rəşad Abdullayev | 01.10.1981 | yarımmüdafiəçi | Azərbaycan | 27 |
| 20 | Elvin Musazadə | 25.11.1989 | yarımmüdafiəçi | Azərbaycan | 20 |
| 21 | Elmar Baxşıyev | 03.08.1980 | yarımmüdafiəçi | Azərbaycan | 8 |
| 22 | Bahodir Nasimov | 02.05.1987 | hücumçu | Özbəkistan | 14 |
| 23 | Lokonda Mpenza | 04.07.1978 | hücumçu | Belçika | 10 |
| 24 | Ruslan Qurbanov | 12.09.1991 | hücumçu | Azərbaycan | 22 |
| 25 | Emin Mehdiyev | 22.09.1992 | hücumçu | Azərbaycan | 28 |
| 26 | Ağabala Ramazanov | 20.01.1993 | hücumçu | Azərbaycan | 21 |
| 27 | İlham Allahverdiyev | 28.10.1992 | hücumçu | Azərbaycan | 29 |
| 28 | Elvin Yunuszadə | 22.08.1992 | hücumçu | Azərbaycan | 32 |
| Baş məşqçi: Böyükağa Hacıyev | |||||
