10 avqust 2011 00:11
Neftçi 5 cavabsız qol vurdu (YENİLƏNİB)
"Neftçi" Azərbaycan Premyer Liqasının 2-ci turunun "Rəvan" klubu ilə keçiriləcək oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman bu məqsədlə yoxlama oyunu keçirib.
Bu görüşdə "Neftçi"nin əsas və əvəzedici komandaları üz-üzə gəlib. "Dalğa Arena" stadionunun ehtiyat meydançasında baş tutan görüş baş məşqçi Böyükağa Hacıyevin rəhbərlik etdiyi əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Flaqmanın qollarına Bahodir Nasimov (2), Emil Mpenza, Fərid Quliyev və Ruslan Əmircanov imza atıb.
Qeyd edək ki, "Rəvan" - "Neftçi" oyunu avqustun 14-də baş tutacaq.
