9 avqust 2011 12:24
AZAL başqa kluba keçən futbolçunu sifariş etdi
AZAL 2011/12 mövsümü üçün sifariş ərizəsini PFL-ə təqdim edib. Azerisport.az xəbər verir ki, Bakı klubu siyahıya 21 futbolçunun adını daxil edib.
21 futbolçudan 9-u yerli oyunçudu ki, bu da komandanın 42 faizi edir. AZAL yeni futbolçular - Amil Ağacanov, Bronislav Arseniyeviç, Ervin Bulku və Elşən Məmmədovla yanaşı, "Muğan"dan icarədən qayıdan Hüseyn Axundov və əvəzedici heyətdən Elgün Abbaslını da sifariş edib.
Maraqlıdı ki, bir neçə gün əvvəl klub rəhbərliyindən xəbərsiz Şimali Kipr Türk Cumhuriyyətinin "Mağusa Türk Gücü" klubuna transfer olunan nigeriyalı Pius İkedianın da adı sifariş ərizəsinə daxil edilib. Görünür, paytaxt klubu bu oyunçusunu geri qaytaracağına əmindi.
| № | Adı, soyadı | Təvəllüdü | Ampluası | Vətəndaşlıq | № |
| 1 | Amil Ağacanov | 24.07.1983 | qapıçı | Azərbaycan | 1 |
| 2 | Cahangir Həsənzadə | 04.08.1979 | qapıçı | Azərbaycan | 12 |
| 3 | Robert Petrov | 02.06.1978 | müdafiəçi | Bolqarıstan | 2 |
| 4 | Usim Nduka | 23.03.1985 | müdafiəçi | Azərbaycan | 3 |
| 5 | Aqil Nəbiyev | 16.06.1982 | müdafiəçi | Azərbaycan | 5 |
| 6 | Namiq Abdullazadə | 27.07.1992 | yarımmüdafiəçi | Azərbaycan | 4 |
| 7 | Tərlan Xəlilov | 27.08.1984 | yarımmüdafiəçi | Azərbaycan | 7 |
| 8 | Vüsal Qarayev | 08.07.1986 | yarımmüdafiəçi | Azərbaycan | 9 |
| 9 | Nuqzar Kvirtiya | 16.09.1984 | yarımmüdafiəçi | Rusiya | 10 |
| 10 | Zohair Benouahi | 08.03.1987 | yarımmüdafiəçi | Mərakeş | 11 |
| 11 | Bronislav Arsenijeviç | 02.08.1982 | yarımmüdafiəçi | Serbiya | 16 |
| 12 | Viktor İqbekoyi | 01.09.1986 | yarımmüdafiəçi | Nigeriya | 17 |
| 13 | Orxan Səfiyaroğlu | 22.02.1990 | yarımmüdafiəçi | Azərbaycan | 14 |
| 14 | Hüseyn Axundov | 30.04.1988 | yarımmüdafiəçi | Azərbaycan | 19 |
| 15 | Mensur Limani | 04.12.1984 | yarımmüdafiəçi | Serbiya | 20 |
| 16 | Elgün Abbaslı | 14.04.1992 | yarımmüdafiəçi | Azərbaycan | 22 |
| 17 | Pius İkedia | 11.07.1980 | yarımmüdafiəçi | Nigeriya | 23 |
| 18 | Ervin Bulku | 03.03.1981 | yarımmüdafiəçi | Albaniya | 88 |
| 19 | Elşən Məmmədov | 04.05.1980 | hücumçu | Azərbaycan | 8 |
| 20 | Cavid Rəhimov | 01.01.1988 | hücumçu | Azərbaycan | 13 |
| 21 | Enyo Krastovçev | 07.02.1984 | hücumçu | Bolqarıstan | 24 |
| Baş məşqçi: Elxan Abdullayev | |||||
