9 avqust 2011 12:35
Yığmamızın rəqibi daha iki futbolçusunu itirdi
Futbol üzrə Belçika yığmasının baş məşqçisinin Sloveniya ilə sabahkı yoldaşlıq görüşündə xidmətindən yararlana bilməyəcəyi futbolçular müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunlar hücumçu Naser Çadli və yarımmüdafiəçi Jel van Dammdı.
Qeyd edək ki, bu iki futbolçu da zədə səbəbindən heyətdən kənarda qalmalı olub. Onlardan öncə isə Tomas Vermalen və Yan Vertongen eyni problemlə üzləşmişdi.
Qeyd edək ki, Belçika yığması Azərbaycan millisinin AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərindəndi və sentyabrın 2-də Bakıda bu komandalar arasında cavab görüşü olacaq. Brüsseldəki ilk görüşdə komandamız məğlub olmuşdu – 1:4.
