9 avqust 2011 00:44
İnter – Levin düyünü nə vaxt açılacaq?
Azərbaycan yığmasının müdafiəçisi Vladimir Levinin gələcək aqibətinə hələ də rəsmi olaraq aydınlıq gətirilməyib. Azerisoport.az xəbər verir ki, hazırda ölkə xaricində olan futbolçu bu həftə Bakıya qayıdacaq.
Son dövrlər zədəsini sağaltmaqla məşğul olan müdafiəçi “İnter” rəhbərliyi ilə görüş keçirməyə hazırlaşır. Tərəflər hələ də yeni müqavilə ilə bağlı razılıq əldə etməyiblər və bu görüşdə yekun qərar verməlidilər.
Qeyd edək ki, müqaviləsi ötən mövsümün sonunda başa çatan Levinlə “İnter” rəhbərliyi bu problemi hələ də yoluna qoya bilməyib. Bu üzdən “bankirlər” hətta müdafiəçini sifariş ərizəsinə də daxil edə bilmir.
