9 avqust 2011 00:52
Makedoniya yığması artıq Bakıdadı
Milli komandamızla yoldaşlıq oyunu keçirəcək Makedoniya yığması Bakıya gəlib. Azerisport.az xəbər verir ki, ötən axşam paytaxtımıza təşrif buyuran qonaqlar ilk məşqə də çıxıblar.
Əldə etdiyimiz məlumata görə, Makedoniya yığması "Bakı" klubunun təlim-məşq bazasında məşq edib. Hazırlıq prosesi mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu avqustun 10-da "Dalğa Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
