9 avqust 2011 01:03
Yığmamızın məşqçisi Brüsselə gedir
“İnter”in əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Üzeyir İbrahimov Azərbaycanın müxtəlif yaş kateqoriyalı milli komandalarının qapıçılar üzrə məşqçiləri üçün keçiriləcək seminarda iştirak edəcək. Azerisport.az xəbər verir ki, seminar UEFA və AFFA-nın birgə təşkilatçılığı ilə keçiriləcək.
Belçikanın paytaxtı Brüssel şəhərində baş tutacaq seminar avqust ayının 29-dan sentyabrın 1-dək davam edəcək.
Xatırladaq ki, Üzeyir İbrahimov həm də Azərbaycanın U-16 komandasının qapıçılar üzrə məşqçisidi.
