10 avqust 2011 13:00

“Qəbələ Azərbaycan futbolunun gələcəyidi”

“Qəbələ”nin qapıçısı Pavel Doroşev azerisport.az saytına müsahibəsində “Bakı” ilə mövsümün ilk oyunundan, eləcə də qarşıda duran vəzifələrdən danışıb.
 
- Çempionatın ilk turunda “Bakı” ilə evdə heç-heçəyə razılaşsaz da, komandanız xoş təsir bağışladı...
- Biz “Bakı”dan daha üstün idik. Çoxlu düşünülmüş qol vəziyyətləri yaradırdıq. İndi “Qəbələ” heç vaxt olmadığı qədər güclüdü. Sadəcə qol vəziyyətlərini reallaşdırmaq baxımından problemlərimiz var. Rəqib də bir-iki qol vəziyyəti yaratdı. Amma biz onları zərərsizləşdirməyi bacardıq. Bütövlükdə komandanın oyunu mənim də xoşuma gəldi. Xüsusilə də futbolçularımızın meydandakı davranışı. Yeganə çatışmayan qol oldu.

- Bir baş üstün olduğunu dediyiniz “Bakı”ya ötən mövsüm iki dəfə uduzmuşduz...
- Düzdü, onlar məhz həmin uğurları sayəsində ilk altılığa düşdülər, biz isə yox. Amma bu dəfə belə olmayacaq. İlk oyunda da bizim onlara qarşı necə mübarizə apardığımızı hamı gördü. Hər kəs “Qəbələ”nin yeni mövsümə necə başladığından xəbərdardı. Biz vulkan kimi olacağıq.
 
- Rəqib də nəticədən razı görünürdü...
- Onlar razı ola bilərlər, biz isə qətiyyən yox. Nəzərə alsaq ki, biz qələbə qazanmağa daha çox yaxın idik, bu, normaldı. Ötən mövsüm bu, başqa cür ola bilərdi. Bu mövsüm isə biz çox dəyişmişik. Nəzərə alsaq ki, komandaya bu qədər pullar xərclənir, belə infrastruktur yaradılır, bundan artığına nail olmağa borcluyuq. “Qəbələ” Azərbaycan futbolunun gələcəyidi.

- Komandanın qarşısına qoyulan vəzifə yəqin ki, artıq bəllidi?
- Ancaq çempionluq və əlbəttə ki, avrokuboklara vəsiqə. İlk vəzifənin öhdəsindən gəlsək, şübhəsiz ki, ikinci məqsədimizə də avtomatik olaraq çatacağıq. Başqa məqsədimiz ola da bilməz.

- Həmyerliniz Maris Verpakovski ikinci hissədə az qala sizi məyus edəcəkdi. Amma şansını boşa verdi...
- Mənə qol buraxmamaq xoşdu. Şadam ki, mövsümün ilk oyununda bu istəyimə çata bildim. Həmin epizodda isə sadəcə bəxtim gətirdi. Zərbə çox təhlükəli idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.