10 avqust 2011 13:55
Xəzər Lənkəranın sabiq forvardı Kipr klubunda
“Xəzər Lənkəran”ın sabiq hücumçusu Joao Paulu Pinto hələ də özünə yeni klub tapa bilməyib. Azerisport.az xəbər verir ki, hazırda o, yenidən Kipr çempionatına qayıtmaq variantını götür-qoy edir.
Belə ki, portuqaliyalı forvardla bu ölkənin “Omonia” klubu yaxından maraqlanır. Lənkəran klubuna Kipr “Olimpiakos”undan (Nikosiya) gələn hücumçu yenə bu ölkədə qalmaq istəyir.
Qeyd edək ki, Paulu Pinto “Xəzər Lənkəran”a bu yay gəlsə də, Avropa Liqasındakı uğursuzluqdan dərhal sonra komandadan uzaqlaşdırılmışdı.
