11 avqust 2011 02:48
Qazaxıstan və Belçika Bakıya heç-heçə ilə gəlir (YENİLƏNİB)
Ötən gün Azərbaycan yığması ilə yanaşı, rəqibləri də müxtəlif sınaq matçlarında qüvvəsini sınayıblar. Azerisport.az sizi yığmamızın AÇ-2012-nin və DÇ-2014-ün seçmə mərhələlərindəki rəqiblərinin oyunlarının siyahısı ilə tanış edir.
Qeyd edək ki, millimiz sentyabrın 2-də və 6-da seçmə mərhələ çərçivəsində müvafiq olaraq Belçika və Qazaxıstanı qəbul edəcək. Bu rəqiblərimizin hər ikisi keçirdiyi sınaq matçında heç-heçə ilə kifayətlənib. Türkiyə Estoniyanı, Almaniya isə Braziliyanı məğlub etdiyi halda, Avstriya məğlub olub.
DÇ-nin seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, Şimali İrlandiya AÇ-2012-nin seçmə mərhələ oyununda Farer adalarını darmadağın edib. Rusiya Serbiya üzərində minimal hesablı qələbəyə sevinib. Portuqaliya növbəti seçmə mərhələdəki digər rəqibimiz Lüksemburqu darmadağın edib. İsrail isə məğlubiyyətlə üzləşib.
AÇ-2012-nin seçmə mərhələsindəki rəqiblərimiz:
Qazaxıstan – Suriya - 1:1 (0:0)
Qollar: Katriyev, 70 - Sabaq, 64.
Avstriya – Slovakiya - 1:2 (0:2)
Qollar: Hoffer, 62 - Kuçka, 21, Jez, 30.
Türkiyə - Estoniya - 3:0 (3:0)
Qollar: Emre, 8-pen, K.Kazım, 28; 36.
Sloveniya – Belçika - 0:0 (0:0)
Almaniya – Braziliya - 3:2 (0:0)
Qollar: Şvaynştayger, 61-pen, Qotse, 68, Şörl, 80 - Robinyo, 72-pen.
DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimiz:
Rusiya – Serbiya - 1:0 (0:0)
Qol: Poqrebnyak, 53.
Fil dişi sahili – İsrail - 4:3 (2:0)
Qollar: Yaya Ture, 45, Konan Ya, 45+4, Kone, 68, Droqba, 81-pen - Şexter, 76, Melikson, 80; 87-pen.
Şimali İrlandiya – Farer adaları - 4:0 (1:0) (AÇ-2012-nin seçmə mərhələ oyunu)
Qollar: Huges, 5, Deyvis, 66, Makkourt, 72; 88.
Portuqaliya – Lüksemburq - 5:0 (1-ci hissə)
Qollar: Poştiqa, 26, Ronaldo, 44, Koentrao, 47, Almeyda, 58; 72.
