10 avqust 2011 14:32
Avstriyalılar Bakıya casus göndərdilər
Avstriya yığmasının baş məşqçisi Didi Konstantini Azərbaycan millisinin bu gün keçirəcəyi Makedoniya ilə sınaq matçına “casus” göndərib. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin seçmə mərhələsində yığmamızın rəqibi olan avstriyalıların çalışdırıcısı artıq indidən rəqibi öyrənməyə qərar verib.
Bu məqsədlə o, köməkçilərindən Yozef Deqeorgini Bakıya göndərib. O, bu gün Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçını canlı izləyəcək.
Qeyd edək ki, Avstriya ilə Azərbaycan arasındakı seçmə mərhələ oyunu oktyabrın 7-də Bakıda baş tutacaq.Vyanadakı ilk görüşdə avstriyalılar 3:0 hesablı qələbəyə sevinmişdilər.
