10 avqust 2011 14:58
Subaşiç Haciyevskinin komandasında
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç karyerasının Səudiyyə Ərəbistanında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda bu ölkənin “Nazran” klubunda baxışdadı.
Hansı ki, bu komandanı “Bakı” və “Simurq”un sabiq baş məşqçisi Qyoko Haciyevski çalışdırır. Makedoniyalı mütəxəssis bu yay anlaşdığı yeni komandasının heyətini tanıdığı futbolçularla gücləndirməkdə maraqlıdı ki, onların arasında Subaşiç də var.
Qeyd edək ki, son mövsümü “Qəbələ”də keçirmiş Subaşiç vaxtilə Haciyevskinin rəhbərliyi altında millimizdə çıxış edib.
