10 avqust 2011 15:26

Verpakovski: Özümü 100 faiz hazır hesab etmirəm

“Bakı”nın latviyalı hücumçusu Maris Verpakovski Premyer Liqanın 1-ci turunun “Qəbələ” ilə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Yeni komandanızın mövsümdəki ilk oyunu sizdə necə təəssürat yaratdı?
- Mövsümə uğurlu start vermək çox vacib idi. Səfərdə çox çox ciddi rəqiblə qarşılaşırdıq. Qol buraxmamağımız çox yaxşı oldu. “Qəbələ” ilə heç-heçə bizim üçün layiqli nəticədi. Oyuna görə də bu nəticənin normal olduğunu düşünürəm.
 
- Elə kənardan da “Bakı”nın heç-heçəyə oynadığı hiss olunurdu. Bu, həqiqətən belə idi?
- Əlbəttə, yox. Qələbə qazanmağımız daha ideal olardı. Amma oyunun gedişinə görə gəldiyim qənaət belədi ki, bu nəticə bizim üçün heç də pis deyil.

- Deməli, rəqib ilk 3 xala daha çox yaxın idi?
- Unutmayın ki, onlar bizi öz meydanlarında qəbul edirdilər. Azarkeşləri onları qələbəyə səsləyirdilər, qol tələb edirdilər.
 
- Qarşınıza hansı vəzifə qoyulub?
- Bu haqda danışmaq istəmirəm. Hələ çox tezdi. Bizim üçün indi sadəcə mövsümə yaxşı başlamaq vacibdi. Özünəinam hiss etməliyik. Xüsusilə də ötənilki uğursuzluqdan sonra. Aydın məsələdi ki, “Bakı” kimi ciddi klub qarşısına ancaq yüksək vəzifələr qoya bilər. Bu, ən azı ilk altılığa düşməkdən ibarətdi. Kluba ciddi investiyalar yatırlır. Bunun da qarşılığında yüksək nəticələrin tələb olunması tam anlaşılandı.
 
- Azərbaycan çempionatındakı ilk oyununuz necə təsir bağışladı?
- Mənə hələ uyğunlaşmaq üçün vaxt lazımdı. Hələ özümü 100 faiz hazır hesab etmirəm. “Qəbələ” ilə oyundakından daha yaxşı oynaya bilərəm.
 
- Yeri gəlmişkən, mövsümdəki ilk qolunuzu həmyerliniz Pavel Doroşevə vurmaq şansını qaçırdınız...
- Bura gələndə, heç belə olacağını bilmirdim. Pavel uğurlu çıxış etdi. Əhsən! Ona görə belə ciddi komandada forma geyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.