10 avqust 2011 16:12
Qarabağda növbəti itki
“Qarabağ” “İnter”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü Premyer Liqada ilk matçına çıxacaq komanda Suraxanı qəsəbə stadionunda məşqlərini davam etdirir.
Milliyə yollananlar və zədə səbəbindən tam heyətlə çalışa bilməyən Ağdam təmsilçisi bu gün səhər məşqində başqa bir üzücü xəbər alıb. Belə ki, Vüqar Nadirovla Rəşad Sadiqovun ardından Maksim Medvedev də zədəlilər karvanına qoşulub.
22 yaşlı müdafiəçinin sağ ayağında qismən əzələ dartılması və qan yığılması baş verib. Maksimin azı 10 gün meydanlardan kənar qalacağı gözlənilir. Belədə Maksimin “İnter”lə oyunu buraxacağı dəqiqləşib.
