10 avqust 2011 16:20
Azərbaycan-Makedoniya matçına bütün təyinatlar açıqlandı
Bu gün Azərbaycan – Makedoniya yığmaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər, eləcə də hakim-inspektor və nümayəndəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, görüşü belaruslu hakimlərin idarə edəcəyi öncədən də bəlli idi.
AFFA-nın yaydığı son məlumata görə, artıq hakim-inspektor və nümayəndə də məlumdu. Belə ki, saat 20:00-da, “Dalğa Arena”da keçiriləcək görüşə Xaqani Məmmədov inspektor, Gülağa Cabbarov isə nümayəndə təyin olunub.
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Baş hakimin köməkçiləri: Andrey Hetsikau, Vitali Malyutsin (hər ikisi - Belarus)
Dördüncü hakim: Rəhim Həsənov (Azərbaycan)
Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan)
Nümayəndə: Gülağa Cabarov (Azərbaycan)
