10 avqust 2011 16:31
Mahmud Qurbanov özünə klub tapdı
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, “professor” ləqəbli təcrübəli pleymeyker yeni mövsümdən etibarən “Sumqayıt Şəhər”də çıxış edəcək.
Tərəflər artıq müqavilənin şərtlərini də razılaşdırıblar. Tezliklə, Mahmudun ilk turda “Xəzər Lənkəran”a uduzan Sumqayıt təmsilçisinə keçidinin rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Qurbanov son mövsümü “Bakı”da keçirmişdi. Çoxları onun yeni mövsümdə “Kəpəz”də çıxış edəcəyini gözləsə də, bu, baş vermədi. Bu üzdən də Mahmudun karyerasını bitirəcəyi güman olunurdu. Amma o, görünür hələ futboldan tez getmək istəmir.
