10 avqust 2011 16:50
PFL Qarabağ - İnter matçının başlama saatını dəyişdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 2-ci turunun bir oyununun vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, söhbət "Qarabağ" - "İnter" qarşılaşmasından gedir.
Belə ki, Peşəkar Futbol Liqası sözügedən qarşılaşmanın başlama vaxtını dəyişdirib. Bu görüşün öncə saat 15:30-da start götürəcəyi bildirilirdi. Lakin PFL yenicə yaydığı açıqlamada qarşılaşmanın 18:00-a keçirildiyini bəyan edib.
Əvəzedicilərin çempionatı
2-ci tur
13 avqust (şənbə)
Qarabağ – İnter
Bakı. "Şəfa" stadionu. Saat 18:00
