10 avqust 2011 17:25

Slavço Georgiyevski: Azərbaycanlılar çox da səbrli deyillər

Makedoniya yığmasının yarımmüdafiəçisi Slavço Georgiyevski Azərbaycanla keçiriləcək beynəlxalq yoldaşlıq oyunu haqda fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
 
"Berti Foqtsun yığmanın baş məşqçisi postuna gəlişi ilə azərbaycanlı futbolçular daha intizamlı oynamağa başlayıblar. Onlar rəqibi daim pressinqdə saxlayırlar. İndi onlar "vur-qaç" taktikasından az istifadə edirlər və daha çox qısa ötürmələrə üstünlük verirlər. Makedoniya ilə oyuna çağırılmış "Neftçi"dəki həmkarlarım qələbə üçün sona qədər oynayacaqlarını dedilər", deyə Georgiyevski sözə başlayıb.
 
Makedoniya yığmasındakı dəyişikliklərə gəlincə yarımmüdafiəçi Georgiyevski bunları bildirib: "Yığmadakı gəncləşdirməyə şadam. Yaxşı gənclərimiz var və onlarda futbolçu üçün müsbət keyfiyyətlər görürəm. Düşünürəm ki, baş məşqçi Boban Babunski yığmaya yalnız gəncləri çağırmaqla düzgün seçim edib. Biz, yəni yığmada çıxış təcrübəsi olanlar gənclərə kömək etməliyik".
 
Ümumilikdə Azərbaycan futbolu haqda danışan Georgiyevski Azərbaycanda idmanın bu sahəsinə böyük pul qoyuluşu edildiyini və bu göstəricidə ölkəmizin Makedoniyanı üstələdiyini bildirib: "Azərbaycanda futbola çox böyük investiya qoyuluşu var və gözəl infrastruktur yaradılır. Bu müstəvidə onlar bizi hətta ötüblər. Ancaq onlar çox da səbrli deyillər. Nəticəni tez görmək istəyirlər. Ümumiyyətlə isə Azərbacanda nəinki futbola, başqa sahələrə də investisiya yatırılır”.
 
"İndi Bakı ikinci Dubay kimidi. Burada qeyri-adi layihələr var. Demək olar ki, hər addımda nəsə yeni tikili gedir. Məsələn, artıq alovun dillərinə bənzər bina inşa edilib. Üstəlik burada gələn il "Eurovision" mahnı müsabiqəsi keçiriləcək ki, bu da gələcək inkişafa bir təkandı" – deyə, Georgiyevski qeyd edib.
 
"Neftçi"nin yarımmüdafiəçisi karyerasına da toxunub: "Düşünürəm ki, futbolda hələ iki il qala bilərəm. Vaxtı ilə Cənubi Koreya, Çin, Kipr, Bolqrıstanda oynamışam. "Neftçi" ilə müqaviləm başa çatdıqdan sonra daha bir il də oynaya bilərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.