10 avqust 2011 18:11
XL yeni transferiylə birgə Lənkərana qayıtdı
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” Lənkərana yollanıb. Azerisport.az xəbər verir ki, təxminən iki saat öncə doğma şəhərə çatan komandaya baş məşqçi Mirça Rednik başçılıq edir.
Bir neçə gün əvvəl şəxsi işləri ilə əlaqədar vətəninə yollanan rumın mütəxəssis artıq Azərbaycana qayıdıb. Redniklə yanaşı, köməkçiləri Mihay Teja və Covanni Melkiorre də Lənkərana gedib.
Futbolçulardan isə Adrian Pit, Andrey Mureşan, Eder Bonfim, Rikardo Qomeş, Alim Qurbanov, Elnur Abdulayev, Katalin Doman, Emeka Opara, Elvin Beqiri, Kamal Bayramov və Şəhriyar Xəlilov Lənkərana yollanıb. Həmçinin yeni transfer Deyan Rusiç də düşərgədədi.
