10 avqust 2011 19:58
Azərbaycan Makedoniyaya qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Azərbaycan və Makedoniya yığmaları arasındakı yoldaşlıq matçı necə bitəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın qənaəti artıq bəllidi.
Əksər azarkeşlərimiz Bakıda keçiriləcək bu görüşdə Azərbaycanın qələbəsinə inanır. Çünki sorğuya qatılanların 60 faizi məhz Berti Foqtsun yetirmələrinin qələbəsini proqnozlaşdırır.
16 faiz səs Makedoniyanın qələbəsinə verilibsə, qalan 25 faiz respondent də qarşılaşmanın heç-heçə bitəcəyini güman edir.
