10 avqust 2011 22:28
Berti Foqts: Bəxtimiz gətirmədi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Makedoniya ilə bu gün keçirilən yoldaşlıq oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, minimal hesablı məğlubiyyətlə üzləşdiyimiz görüşdən sonra bunları dilə gətirib:
“Çox təəssüf ki, birinci hissədə sərgilədiyimiz oyunu fasilədən sonra göstərə bilmədik. Əsas nəticədi. Bu günkü nəticənin nə dərəcədə ədalətli olduğunu bilmirəm. Mənə elə gəlir ki, gənc futbolçularımızın sürətli oyun sərgiləməsi üçün zaman lazımdı. Onlar özləri də bilirlər ki, belə futbolla nəyəsə nail ola bilməzlər”.

Foqts qarşıdan gələn Belçika ilə oyuna da toxunub. “Uğursuz bizə çox çətin olacaq. Məsələn bu gün bəxtimiz gətirmədi. Təxminən 10 gün sonra biz yenidən görüşəcəyik. Seçmə mərhələ oyunları gəlir. Hazır olmalıyıq”.