10 avqust 2011 22:55
Boban Babunski: Azərbaycan doğru yoldadı
Makedoniya yığmasının baş məşqçi əvəzi Boban Babunski bu gün keçirilən Azərbaycan ilə yoldaşlıq oyununu şərh edib. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis komandasının qazandığı qələbədən (1:0) sonra bunları dilə gətirib:
“Mən artıq iki ildi sizin yığmanızın oyunlarını müşahidə edirəm. Siz doğru yoldasınız. Ötən il keçirilən yoldaşlıq oyunu ilə müqayisədə komandanız bu dəfə daha yaxşı futbol sərgilədi. Biz sadəcə ələ düşən şansdan maksimum yararlanmağımız sayəsində qələbə qazandıq. Bizim yığmada bu gün üç debütant var idi”.