10 avqust 2011 11:16
Azərbaycanın Riqaya gedəcək heyəti açıqlandı
Futzal üzrə Azərbaycanın milli komandası avqustun 8-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, komandamızın paytaxtdakı hazırlıqların ayın 14-dək davam edəcək.
Futzalçılarımız avqustun 15-dən - 25-dək isə Latviyanın paytaxtı Riqa şəhərində təlim-məşq toplanışında iştirak edəcək. Baş məşqçi Joze Alesio da Silva bu toplanışlara aşağıdakı futbolçuları dəvət edib:
Andrey Tveryankin - “Araz”
Marat Salyanski - “Araz”
Rizvan Fərzəliyev - “Araz”
Vitali Borisov - “Araz”
Rəcəb Fərəczadə - “Araz”
Namiq Məmmədkərimov - “Araz”
Elnur Qəmbərov - “Araz”
Rüfət Balakişiyev - “Neftçi”
Elvin Quliyev - “Araz”
Seymur Məmmədov – “Neftçi”
Zaur Fərziyev - “Ekol”
Radik Əhmədov - “Ekol”
Vahib Xodjayev - “Ekol”
