10 avqust 2011 11:23

“Bir nəfərə görə o boyda zəhmətimiz hədər oldu”

Premyer Liqanın ilk turunda “Kəpəz”ə məğlub olan “Rəvan” son çempion “Neftçi” ilə oyuna hazırlaşır. Azerisport.az xəbər verir ki, ötən turun ən yaddaqalan komandası olan “Rəvan”ın sıralarında yeni transfer olunmuş Takvi Bonq və “Kəpəz”lə oyunun ən yaxşılarından olan Con Pelu məşqlərdə xüsusi ilə fərqlənirlər.
 
Komandanın baş məşqçisi Bəhmən Həsənov hazırlıqlarda özlərini yaxşı göstərəcəkləri halda Takvi Bonq və qapıçı Artur Kotenkonun “Neftçi” ilə oyunda iştirak etmək şanslarının olduğunu deyir: “Bir nəfərə görə o boyda komandanın zəhməti hədər oldu. Düzdü, Bakıya qayıdanda Kotenko bütün futbolçulardan, komandadan üzr istədi. Amma bu heç nəyi dəyişmir. Başqa cür məğlub olsaydıq, bəlkə də bizə bu qədər təsir etməzdi. Ancaq görüş ərzində üstün oyun nümayiş etdirdiyimiz halda, heç nədən iki qol buraxmağımız bizə çox pis təsir edir. Bununla belə biz "Neftçi" ilə oyunda tam gücümüzü ortaya qoyub qələbə qazanmağa çalışacağıq. Hazırlıqlar da yüksək səviyyədə davam edir”.
 
“Rəvan”ın ev oyunlarını harada keçirəcəyi ilə bağlı suala isə klubun baş məşqçisi Bəhmən Həsənov belə cavab verib: “Qısa müddətə yüksək səviyyəli ot örtüklü öz stadionumuz istifadəyə veriləcək. Həmin vaxta qədər isə komanda ev oyunlarını ya "Şəfa" stadionunda, ya da "Dalğa Arena"da keçirəcək”.
 
Avrokuboklarda iştirak etməyi qarşılarına məqsəd qoyduqlarını bildirən B.Həsənov komandaya yeni transferlərin olacağını da vurğuladı. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.